21 dekabr 2021 14:57
774

Azərbaycan Triatlon Federasiyasına yeni prezident seçilib

Azərbaycan Triatlon Federasiyasının hesabat-seçki konfransı keçirilib.

“İki sahil” xəbər verir ki,   iclasda gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Sonra Azərbaycan Triatlon Federasiyasının İdarə Heyətinə yeni seçki keçirilib. Elçin Əliyev federasiyanın yeni prezidenti seçilib.

O, bu postda Azər Məhərrəmovu əvəzləyib.