21 dekabr 2021 14:08
1077

"Neftçi" yeni idman direktorunu təqdim edib

“Neftçi” Peşəkar Futbol Klubu yeni idman direktoru Zaur Əzizovu təqdim edib.

“İki sahil” xəbər verir ki, təqdimat "Bakcell Arena"da baş tutub.

Tədbirə klubun prezidenti Kamran Quliyev və vitse-prezident Elnur Eyvazov qatılıb.

37 yaşlı Zaur Əzizov 2008 - 2021-ci illərdə “Qəbələ” klubunun baş meneceri olub. Qəbələ təmsilçisi bu müddətdə Premyer Liqada iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb, 4 dəfə Azərbaycan Kubokunun finalına yüksəlib, 2018/2019 mövsümündə ilk tituluna yiyələnib. Avrokuboklardakı debütü Əzizovun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” ardıcıl iki dəfə (2015/16, 2016/17) 4 mərhələ adlamaqla UEFA Avropa Liqasının qrupunadək irəliləyib.