20 dekabr 2021 20:18
843

Şəhriyar Məmmədyarov qalib gəldi

Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün növbəti oyunlar keçirilib. 

“İki sahil” xəbər verir ki,  4-cü turda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Rauf Məmmədov üz-üzə gəlib.  İlk 2 partiyada heç-heçə qeydə alındığından armageddon oynanılıb.

Burada daha güclü olan Məmmədyarov yekunda 2:1 hesablı qələbə qazanıb.

Bu turda digər Azərbaycan şahmatçısı Vüqar Əsədli isə macarıstanlı Riçard Rapport ilə qarşılaşıb. Əsədli ilk partiyada sülh bağlasa da, növbəti dueldən məğlub ayrılıb.

V turda Məmmədyarov hindistanlı Vişvanatan Anandla üz-üzə gəlib. İlk iki görüşdə qalib müəyyənləşməyib və bu dəfə Məmmədayarovun özü armageddonda uduzub. Əsədli isə çexiyalı David Navara ilə bacarmayıb - 0:2.