20 dekabr 2021 18:27
1418

Fərid Qayıbov onu şöbə müdiri təyin etdi

Gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə, Elnur Məmmədov müvəqqəti olaraq, nazirliyin İdman şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

“İki sahil” xəbər verir ki,  bu təyinatadək Elnur Məmmədov müxtəlif idman federasiyalarında, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Qırğızıstan Respublikasında idman sahəsində çalışıb.