20 dekabr 2021 18:17
929

Premyer Liqada ilin futbolçusu seçilib

İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu üçün təsis olunan “Fans’ Footballer of the Year” mükafatının sahibi bəlli olub.

“İki sahil” xəbər verir ki,  azarkeşlərin versiyası üzrə Premyer Liqada 2021-ci ilin oyunçusu Məhəmməd Salahdır.

“Liverpul”un misirli hücumçusu 140 mindən artıq azarkeşin iştirak etdiyi səsvermənin qalibi olub. İkinci yeri Deklan Rays tutub. İlk “üçlüy”ü Brunu Fernandes qapayıb. “Mançester Yunayted”də cəmi 4 ay keçirən Kriştiano Ronaldo 14-cü olub.