20 dekabr 2021 12:49
890

"Qarabağ" qapıçı axtarır

"Qarabağ" futbol klubu əcnəbi qapıçı axtarışlarına başlayıb.

Ağdam təmsilçisinin Mətbuat Xidmətindən "İki sahil"ə verilən məlumata görə, səbəb komandanın iki əsas qolkiperi - Şahrudin Məhəmmədəliyev və Emil Balayevin əməliyyat olunmalarıdır.

Komandanı Azərbaycan Premyer Liqası, ölkə kuboku və UEFA Konfrans Liqasında çox çətin qrafikin gözlədiyini nəzərə alan rəhbərlik yeni qapıçı axtarışına zərurət görüb. Hazırda uyğun variantlara baxılır. Qısa müddətli və ya mövsümün sonunadək icarə, yaxud şərtlər münasib olarsa, müqavilə bağlanılması planlaşdırılır.

Münasib qapıçı tapıldıqda ona təklif göndəriləcək.