İngiltərə Premyer Liqasının 18-ci turunda "Tottenhem" "Liverpul"u qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 13-cü dəqiqəsində Keyn hesabı açıb. 35-ci dəqiqədə Jotanın qolu ilə qonaqlar hesabı bərabərləşdirib.
69-cu dəqiqədə Robertsonun qolu ilə hesabda önə çıxan "Liverpul"un sevinci 5 dəqiqə çəkib. 74-cü dəqiqədə "Tottenhem"in bərabərlik qolunu vuran Son matçda son nöqdəni qoyub – 2-2.
"Tottenhem" 2-2 "Liverpul"
Qollar: Keyn, 13 (1:0), Jota, 35 (1:1), Robertson, 69 (1:2), Son, 74 (2:2)
Qırmızı vərəqə: Robertson, 77 ("Liverpul")