20 dekabr 2021 02:10
763

Rusiyalı boksçu karyerasını bitirdi

Rusiyalı boksçu Ruslan Provodnikov Açıq Döyüş Çempionatında döyüşdən sonra karyerasını başa vurduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə o, jurnalistlərə deyib.

Provodnikov həmyerlisi Əli Baqautinovu məğlub edib. Döyüş Moskvadakı "VTB-Arena"da baş tutub və boks qaydalarına uyğun keçirilib.

"Bu gün komandama hədiyyə edirəm. Əlcəklərimi mismardan asıram, rinqdən ayrılıram", - Provodnikov jurnalistlərə deyib.

Qeyd edək ki, Provodnikovun 37 yaşı var. O, peşəkar boksda 30 döyüş keçirib. 18-i nokaut olmaqla 25 dəfə qələbə qazanan boksçu 5 dəfə məğlub olub.