19 dekabr 2021 01:24
853

"Yuventus" 7-ci pilləyə yüksəldi

İtaliya A seriyasında 18-ci turun oyunları keçirilir.

“İki sahil” xəbər verir ki, "Yuventus" səfərdə "Bolonya" ilə qarşılaşıb. Turin klubu 2 cavabsız qolla qalib gəlib.

Xallarını 28-ə çatdıran "Yuventus" 7-ci pilləyə yüksəlib. "Bolonya" 24 xalla 10-cudur. Turnir cədvəlinə 43 xalla "İnter" başçılıq edir.

"Bolonya" - "Yuventus" - 0:2

Qollar: Morata, 6, Kuadrado, 69