18 dekabr 2021 23:33
921

Renat start heyətdə meydana çıxdı

Portuqaliya çempionatında 15-ci turun oyunları keçirilib.

“İki sahil” xəbər verir ki, millimizin hücumçu Renat Dadaşovun çıxış etdiyi “Tondela” evdə "Ferreyra" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Renat da bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Tondela” 154 turdan sonra 12 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.