18 dekabr 2021 16:14
902

Bakıda keçiriləcək Böyük Dəbilqənin tarixi dəqiqləşib

2022-ci ildə Bakıda təşkil olunacaq cüdo üzrə Böyük Dəbilqə turnirinin vaxtı dəqiqləşib.

"İki sahil" Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, yarış 4 - 6 noyabrda baş tutacaq.

Qeyd edək ki, bu ilki Böyük Dəbilqə 5 - 7 noyabrda olmuşdu.