PSJ-nin müdafiəçisi Serxio Ramos Fransa kubokunun 1/32 finalında "Fenyi Olnua"ya qarşı matçda iştirak edə bilər.
"İki sahil" Paris təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniya futbolçu komanda ilə ümumi məşqlərə qayıdıb və fəal çalışıb.
Qeyd edək ki, "Fenyi Olnua" - PSJ oyunu sabah keçiriləcək.
Xatırladaq ki, Ramos PSJ-yə 2021-ci ilin iyulunda azad agent kimi qoşulub. Lakin zədə səbəbindən müdafiəçi debütünü yalnız noyabrın 28-də Fransa çempionatının 15-ci turunun “Sent-Etyen”lə oyununda (3:1) edib. Bundan sonra Ramos meydana çıxmayıb. PSJ müdafiəçinin əzələlərində yorğunluq hiss etdiyini açıqlayıb.