18 dekabr 2021 15:00
878

"Barselona"ya keçməyə razılıq verdi

"Mançester Yunayted"in hücumçusu Edinson Kavani "Barselona"ya keçməyə razılıq verib.

“İki sahil” xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Uruqvaylı futbolçunun karyerasını başa vuran Serxio Aqueronu əvəzləyəcəyi bildirilir. 34 yaşlı oyunçunun yanvarda Kataloniya təmsilçisi ilə qısamüddətli (bu mövsümün sonuna kimi) müqavilə imzalayacağı  gözlənilir.

Bildirilib ki, "Mançester Yunayted" Kavanin keçidinə narazı olmayacaq, çünki bu, kluba maaşda qənaət edilməsinə kömək edəcək.

Qeyd edək ki, Kavani bu mövsüm “qırmızı şeytanlar”ın forması ilə 8 oyuna çıxıb, 1 qol vurub.