"Cenoa"nın baş məşqçisi Andriy Şevçenko antirekord müəyyənləşdirib.
"İki sahil" xarici KİV-lərə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis "Cenoa"nın liqadakı ilk altı matçında qalib gələ bilməyən 1-ci məşqçi olub. Bu oyunlarda komanda cəmi bir dəfə heç-heçə edib, qalan bütün görüşlərdə məğlub olub.
Qeyd edək ki, "Cenoa" Şevçenkonun rəhbərliyi altında təkcə İtaliya kubokunda "Salernitana"ya qalib (1:0) gəlib.