16 dekabr 2021 21:05
1307

"Qarabağ" qələbə qazandı

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk yarısı başa çatıb.

“İki sahil” xəbər verir ki,  XIV turun ikinci günündə 2 matç baş tutub.

2021-ci ilin son oyun gününə “ASCO Arena”da start verilib. Çempionatın autsayderi “Səbail” “Sabah”ı qəbul edib. Üç cavabsız qolla böyükhesablı qələbə qazanan qonaqlar 5-ci pilləyə yüksəlib.

İlin son matçında yarışın lideri “Qarabağ” “Zirə”ni qəbul edib. İndiyədək rəqibinə uduzmayan Ağdam təmsilçisi bu dəfə də meydandan üç xalla ayrılıb. Bu qələbə Qurban Qurbanovun yetirmələrinə qış fasiləsinə 7 xallıq fərqlə yollanmaq imkanı verib.

Qeyd edək ki, turun ilk günündə “Qəbələ” – “Neftçi” (1:1) və “Sumqayıt” – “Keşlə” (1:3) oyunları keçirilib.

zərbaycan Premyer Liqası
XIV tur
16 dekabr (cümə axşamı)
16:30. “Səbail” – “Sabah” - 0:3
Qollar: Coy-Lens Mikels, 33, Ceyhun Nuriyev, 46, Xuan Kamara, 90+4

19:00. “Qarabağ” – “Zirə” - 2:0
Qollar: Musa Qurbanlı, 6, 53