16 dekabr 2021 16:07
1594

Ayxan Abbasov istefaya göndərildi

“Sumqayıt” futbol klubu baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.

“İki sahil” klubun rəsmi saytına istinadla xəbər verir ki, 40 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

Abbasova klubda göstərdiyi xidmətlərinə görə təşəkkür edilib və ona gələcək karyerasında uğurlar arzulanıb.