Azərbaycan Premyer Liqasında XIV tura start verilib.
“İki sahil” xəbər verir ki, mövsümün ilk yarısının son turunun ilk günündə iki oyun keçirilib.
Bakıdan kənarda baş tutan qarşılaşmalarla dörd komanda 2021-ci ili başa vurub. Öncə liderlər qrupunda yer alan “Qəbələ” və “Neftçi” üz-üzə gəlib.
İlk yarısında qarşılıqlı qolların vurulduğu matç 1:1 hesabı ilə başa çatıb. Bu bərabərlikdən sonra “Neftçi” ən azı bir günlük 3-cü pilləyə yüksəlib.
Günə Sumqayıtda yekun vurulub. Eyniadlı komandanın qonağı olan “Keşlə” ili səfər qələbəsi ilə başa vurub. Bu 3 xal paytaxt təmsilçisinin 5-ci sıraya daşıyıbsa, sumqayıtlılar 7-ci pilləyə yuvarlanıb.
Qeyd edək ki, həm tura, həm mövsümün ilk yarısına sabah keçiriləcək “Qarabağ” – “Zirə” və “Səbail” – “Sabah” oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XIV tur
15 dekabr (çərşənbə)
16:00. “Qəbələ” – “Neftçi” - 1:1
Qollar: Rafael Utziq, 28 - Emin Mahmudov, 39
Qırmızı vərəqə: Ruan Renato, 89
19:00. “Sumqayıt” – “Keşlə” - 1:3
Qollar: Camaləddin Xocaniyazov, 84 - Pərviz Azadov, 37, Rəhman Hacıyev, 47, Felipe Santos (p.), 80