15 dekabr 2021 19:59
977

"Keşlə"dən ayrılacaq 3 futbolçu bəlli olub

Qış fasiləsində "Keşlə"ni tərk edəcək futbolçuların adları bəlli olub.

“İki sahil” xəbər verir ki, paytaxt təmsilçisi 3 futbolçu ilə yollarını ayıracaq.

Bunlar hücumçu Anatol Abanq, yarımmüdafiəçilər Con Kamara və Nicat Qurbanovdur.

Qeyd edək ki, "Keşlə" hazırda 13 xalla 11-ci pillədə qərarlaşıb.