15 dekabr 2021 19:28
871

"Qarabağ" yeni transferini açıqlayıb

"Qarabağ" Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadənin transferini açıqlayıb.

“İki sahil” xəbər verir ki, Ağdam klubu bununla bağlı rəsmi feysbuk səhifəsində paylaşım edib.

21 yaşlı hücumçu "köhlən atlar"ın heyətində 97 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Rüstəm Əhmədzadənin son klubu Ukrayna "Minay"ı olub.