15 dekabr 2021 15:58
843

Azərbaycanın FIFA referilərinin sayı azalıb

Azərbaycanın FIFA referisi karyerasını başa vurub

“İki sahil” xəbər verir ki, 2022-ci ildə ölkəni təmsil edəcək əsas hakimlərin sayı 3-ə endirilib.

Yuliya Qurbanovanın adı növbəti il üçün tərtib olunmuş siyahıdan çıxarılıb.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdullanın "Report"a verdiyi məlumata görə, Qurbanova karyerasını başa vurub.

2022-ci ildə Azərbaycanı beynəlxalq arenada FIFA referisi kimi Əliyar Ağayev, Rauf Cabarov və Elçin Məsiyev təmsil edəcək.