14 dekabr 2021 18:11
999

"Marsel"in futbolçusu nəhənglərin hədəfində

"Marsel"in yarımmüdafiəçisi  Bubakar Kamara bu yay klubunu dəyişə bilər.

"İki sahil" "The Athletic"ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə "Mançester Yunayted" və " Nyukasl" maraqlanır. Onu "Barselona" və "Bavariya"nın izlədiyi bildirilir.

Fransız futbolçunun artıq mövsümün sonunda "Marsel"dən azad agent kimi ayrılmağa qərar verdiyi vurğulanıb.

Xatırladaq ki, "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel"dir.