14 dekabr 2021 11:28
1239

"Roma" azarkeşinin oyun vaxtı ürəyi dayanıb

İtaliyanın "Roma" klubunun azarkeşinin "Spetsiya"ya qarşı keçirilən A Seriyasının XVII tur oyununda halı pisləşib.

“İki sahil” xəbər verir ki, 30-cu dəqiqədə 23 yaşlı fanatda ürək çatışmazlığı yaranıb.

Tərəfdara təcili yardım vasitəsi ilə müdaxilə olunub. Onun həyatını defibrillyatorla xilas etmək mümkün olub və azarkeş xəstəxanaya aparılıb.