14 dekabr 2021 11:01
915

Paris-2024: Açılış mərasimi Sena çayında təşkil olunacaq

Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasiminin keçiriləcəyi yer dəqiqləşib.

“İki sahil” xəbər verir ki, tədbir stadionda deyil, Sena çayında təşkil olunacaq.

Komandaların nümayəndə heyətləri 160 qayığa yerləşdiriləcək. Bu qayıqlar Auqsterlits körpüsündən Yens körpüsünədək üzəcək. Mərasimi 600 mindən az olmayan sayda tamaşaçı izləyə biləcək.

Qeyd edək ki, açılış mərasimi 2024-cü il iyulun 26-da olacaq.