Fransanın "Olimpik" (Marsel) klubunun prezidenti Pablo Lonqoriya Avropa Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olmalarına münasibət bildirib.
“İki sahil” xəbər verir ki, o, Liqa 1 nəhənginin rəsmi saytına açıqlamasında bunları söyləyib: "Qarabağ" avrokubok yarışlarında təcrübəsi olan klubdur. Çünki bu komanda son illərdə avrokubokların daimi iştirakçısıdır. Avrokubok matçları həmişə detallar üzrə oynanılır. Maraqlı oyun olacaq.
"Qarabağ" qış fasiləsi ilə əlaqədar fevralın 7-də mübarizəni bərpa edəcək. Onlar bu mövsüm Konfrans Liqasında yaxşı çıxış ediblər. "Bazel"ə 0:3 hesabıyla uduzduqları son matçı, eyni zamanda mübahisəli sayılmayan qolu da gördük. Hansı ki, həmin qol bu matçda dinamikanı dəyişə bilərdi. Konfrans Liqası çətin və maraqlı turnirdir. Bu, həm də bizim üçün bir titul qazanmaq şansıdır. "Olimpik" olaraq oynadığımız bütün yarışlarda mümkün qədər yüksəklərə qalxmaq istəyirik".