İsveçrənin Nyon şəhərində keçirilmiş UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma nəticələri ləğv edilib.
“İki sahil” xəbər verir ki, buna səbəb püşkatma zamanı qeydə alınan texniki səhv olub.
Belə ki, eyni qrupdan çıxmış "Atletiko" (Madrid, İspaniya) və "Liverpul" (İngiltərə) potensial rəqib kimi göstərilib.
Yeni qərara əsasən, püşkatma mərasimi Bakı vaxtı ilə saat 18:00-da təkrar keçiriləcək.