Azərbaycan millisinin futbolçusu Rüstəm Əhmədzadə Ukraynanın "Minay" klubundan ayrılır.
“İki sahil” xəbər verir ki, bu barədə "Ua-football" nəşri məlumat yayıb.
21 yaşlı hücumçunun "Qarabağ"la anlaşdığı bildirilib. Əhmədzadə bu səbəbdən "Kolos"a səfərdə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XVIII oyununda iştirak etməyib. Onun klubla vidaşlaşdığı da vurğulanıb.

"Qarabağ" Azərbaycan millisinin və Ukrayna "Minay"ınln futbolçusu Rüstəm Əhmədzadə ilə anlaşdığını təsdiqləyib.
Klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, artıq 21 yaşlı hücumçunun klubu və özü ilə razılıq əldə olunub.
G.Abbaszadə gənc forvardın yaxın günlərdə Bakıya gələcəyini bildirib: "Tibbi müayinədən uğurla keçəcəyi təqdirdə onunla rəsmi müqavilə imzalanacaq. Sözləşmənin detalları barədə daha sonra açıqlama veriləcək".
Qeyd edək ki, Rüstəm Əhmədzadə 2020-ci ilin iyulundan "Minay"da çıxış edir.