12 dekabr 2021 12:12
1027

"Qarabağ"ın ilk oyunu səfərdə olacaq

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatmasının detalları bəlli olub.

"İki sahil"in məlumatına görə, dekabrın 13-dəki mərasimdən öncə iştirakçılar 2 səbətə bölünüblər.

"Qarabağ" digər qrup ikinciləri kimi səpələnmişlər səbətində yer alıb. Bu komandalar ilk oyunlarını səfərdə keçirəcəklər.

Avropa Liqasında öz qrupunu 3-cü pillədə tamamlayaraq pley-offa düşən kollektivlər isə səpələnməmişlər səbətində olacaq. İlk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.

Qeyd edək ki, "Qarabağ" H qrupunu ikinci sırada bitirərək pley-offa vəsiqə qazanıb.