12 dekabr 2021 12:33
930

"Nyu-York Siti" MLS-in qalibi olub Tarixdə ilk

ABŞ-ın Milli Futbol Liqasında (MLS) 2021 mövsümün qalibi müəyyənləşib.

"İki sahil"in məlumatına görə, final oyununda "Portlend Timbers"i məğlub edən "Nyu-York Siti" tarixində ilk dəfə MLS çempionu olub.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (4:2) Nyu-York təmsilçisi titula sahib çıxıb.