İspaniyada keçirilən dünya çempionatı zamanı komandanı tərk edərək naməlum istiqamətə qaçan 4 kamerunlu həndbolçu polis tərəfindən axtarışa verilib.
“İki sahil” xəbər verir ki, bu barədə müsabiqənin təşkilat komitəsi məlumat yayıb.
Kamerun yığmasının üç görüşdən birində Rusiya həndbolçularına uduzduğu ilkin mərhələdən (18:40) sonra Amelie Sevani Mvuah, Appolin Mişel Abena Ekobena, Yasmine Yotchum və Jodelle Clarice Majufan millini tərk edib.
"Dünya çempionatının təşkilat komitəsi və Kamerun milli komandası itkin düşən həndbolçularla bağlı polisə müraciət edib. Hələlik onlar tapılmayıb, lakin onların əşyalarının otel otaqlarında qalmadığı qənaətinə gəlinib. Güman etmək olar ki, onların yoxa çıxmasına səbəb Kameruna qayıtmamaq və İspaniyada qalmaq istəyi olub”, - deyə təşkilat komitəsi qeyd edib.
Qaçan həndbolçular sonuncu dəfə çərşənbə günü taksiyə minən zaman görülüblər.