İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı mütəxəssisinin adı bəlli olub.
“İki sahil” xəbər verir ki, bu ünvana “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola layiq görülüb.
Ötən ay onun rəhbərliyində “şəhərlilər” “Mançester Yunayted” (2:0), “Everton” (3:0) və “Vest Hem”i (2:1) məğlub ediblər.