10 dekabr 2021 20:21
841

Maqnus Karlsen yenidən dünya çempionu olub

Norveçli şahmatçı Maqnus Karlsen dünya çempionu titulunu qoruyub.

“İki sahil” xəbər verir ki, 31 yaşlı qrossmeyster rusiyalı Yan Nepomnyaşi ilə dünya şahmat tacı uğrunda görüşün 11-ci partiyasından da qalib ayrılıb. Nepomnyaşi 49-cu gedişdə təslim olub.

Bununla da sona 3 tur qalmış hesab 7,5:3,5 olub və Karlsen çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.

Qeyd edək ki, Maqnus Karlsen ilk dəfə 2013-cü ildə dünya şahmat tacına yiyələnib. O, hindistanlı Vişvanatan Anandı məğlubiyyətə uğradıb.