09 dekabr 2021 18:21
763

Messi və Ronaldo rəmzi komandada yer almadı

WhoScored-in statistik portalının versiyasına görə,  qruplarda matçların nəticəsinə görə rəmzi komanda müəyyənləşib.

“İki sahil” xəbər verir ki, 11-likdə aşağıda adları qeyd olunan futbolçular yer alıb:

Qapıçı: Canluici Donnarumma (PSJ)

Müdafiəçilər: Rasmus Kristensen ("Zalsburq"), Sebastyan Koates ("Sportinq"), Eder Militao ("Real"), Joau Kanselu ("Mançester Siti")

Yarımmüdafiəçilər: Riyad Mahrez ("Mançester Siti"), Kristofer Nkunku ("Leyptsiq"), Pedru Qonsalveş ("Sportinq"), Leroy Sane ("Bavariya")

Hücumçular: Robert Levandovski ("Bavariya"), Sebastyan Alle ("Ayaks")