Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda “Barselona” ilə matç "Bavariya"nın futbolçusu Tomas Müller üçün əlamətdar olub.
"İki sahil" Almaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu görüşdə fərqlənərək turnirdə vurduğu qolların sayını 50-yə çatdırıb. Bununla da Müller Çempionlar Liqasında belə nəticə göstərən ilk alman oyunçu adını qazanıb.
Qeyd edək ki, qarşılaşma Münhen təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.