Fransa PSJ-si İspaniyanın "Real Madrid" komandasının sabiq baş məşqçisi Zinəddin Zidanla danışıqları davam etdirir.
"İki sahil" "Cadena Ser" nəşrinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssisin Paris təmsilçisinin sükanı arxasına keçməyə razı olub-olmayacağı hələlik bəlli deyil.
Buna baxmayaraq, tərəflər arasındakı danışıqlar müsbət yöndə irəliləyir.
Qeyd edək ki, 2016 - 2018 və 2019 - 2021-ci illərdə "kral klubu"na rəhbərlik etmiş Zinəddin Zidan hazırda işsizdir. PSJ-nin baş məşqçisi Maurisio Poçettinonun müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.