08 dekabr 2021 15:56
709

"Bavariya" "Barselona" ilə oyuna ciddi itkilərlə çıxacaq

"Bavariya" Çempionlar Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Barselona” ilə keçiriləcək oyuna ciddi itkilərlə çıxacaq.

"İki sahil" Almaniya mətbuatına istinadən xəbər verir ki,  Serj Qnabri, Leon Qoretska və Erik Şupo-Motinq bu görüşdə iştirak etməyəcklər.

Qoretska komandayla məşqlərə yeni başlayıb və hələ tam hazır deyil. Qnabrinin əzələsində, Erikin isə səhhətində problem var.

Bu gün keçiriləcək “Bayern” – “Barselona” matçına saat 00:00-da start veriləcək.