08 dekabr 2021 15:16
651

Terim xəstəxanadan evə buraxıldı

"Qalatasaray”ın baş məşqçisi Fatih Terim xəstəxanadan evə buraxılıb.

"İki sahil" "Fanatik"ə istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis müalicəsinə evində davam edəcək.

Qeyd edək ki, Terim onurğasındakı yırtıq səbəbindən xəstəxanaya yerləşdirilmişdi.