07 dekabr 2021 17:48
834

Klopp: Onun haqqında kitab yazmasalar, özüm yazacağam

"Liverpul"un baş məşqçisi Yurgen Klopp hücumçu Divoka Oriqini tərifləyib.

"İki sahil" "The Athletic"ə istinadən xəbər verir ki, o, belçikalı oyunçu ilə bağlı deyib: “Divok Oriqi əfsanədir. Onun haqqında kitablar yazılacaq. Bu baş verməsə, mən bunu edəcəyəm".

Qeyd edək ki, Oriqi bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 9 oyuna çıxıb, 4 qol vurub və 2 qolun ötürməsini verib.