07 dekabr 2021 15:36
705

Levandovski: Ümid edirəm ki, Messi səmimi idi

“Bavariya”nın futbolçusu Robert Levandovski PSJ-nin oyunçusu Lionel Messinin “Qızıl top”u qazandıqdan sonra onun haqqında dediyi sözlərə münasibət bildirib.

"İki sahil" sport.es-ə istinadən xəbər verir ki, Messi mükafatlandırma mərasiminin ardından açıqlamasında Levandovskinin “Qızıl top”a layiq olduğunu bildirmişdi. 33 yaşlı hücumçu isə argentinalı oyunçunun bu sözlərinə belə reaksiya verib: “Ümid edirəm ki, bu, sadəcə sözlər deyil, böyük oyunçunun səmimi ifadəsi idi”. 

Qeyd edək ki, Messi səsvermədə Levandovskini 33 xal qabaqlayaraq karyerasında 7-ci dəfə bu mükafata sahib çıxıb.