07 dekabr 2021 15:03
650

"Qarabağ" bu gün İsveçrəyə gedir

UEFA Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda “Bazel”in qonağı olacaq “Qarabağ” bu gün İsveçrəyə yollanacaq. 

"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisini Bazel şəhərinə aparacaq təyyarə saat 18:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Qeyd edək ki, dekabrın 9-u keçiriləcək "Bazel" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.