07 dekabr 2021 09:43
613

“Tottenhem”in 6 futbolçusu koronavirusa yoluxub

“Tottenhem”də koronavirusa yoluxma qeydə alınıb.

“İki sahil” xəbər verir ki, İngiltərə təmsilçisində 6 test müsbət nəticələnib.

Konfrans Liqasında “Renn”lə görüşəcək London klubunda yoluxanların adları açıqlanmır. Ümumilikdə isə Premyer Liqada 12 nəfərdə virus qeydə alınıb.

Qeyd edək ki, “Tottenhem” – “Renn” matçı dekabrın 9-da keçiriləcək.