06 dekabr 2021 15:51
850

Benzema "İnter"lə oyunu buraxa bilər

“Real”ın hücumçusu Kərim Benzema zədələnib.

“İki sahil” xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. Fransalı futbolçu La Liqanın 16-cı turunda “Real Sosyedad”la keçirilən səfər matçında (2:0) sıradan çıxıb. O, zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsində Milan "İnter”i ilə keçiriləcək matçı buraxa bilər.

Qeyd edək ki, dekabrın 7-də keçiriləcək “Real” – “İnter” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.