06 dekabr 2021 11:55
738

Namiq Ələsgərov: Qələbəyə ehtiyacımız var idi

“Bu qələbəyə ehtiyacımız var idi. Bunun davamını gətirmək istəyirik".

“İki sahil” xəbər verir ki, bu sözləri “Bursaspor”da çıxış edən millimizin üzvü Namiq Ələsgərov Türkiyə mətbuatına açıqlamasında deyib.

1-ci liqanın 15-ci turunda səfərdə “Dənizlispor”u 3:1 hesabı ilə məğlub etdikləri görüşdə 2-ci qolun müəllifi olan Ələsgərov görüşdən sonra bunları bildirib:  “Matça yaxşı hazırlaşmışdıq. Əsas məsələ bunun davamını gətirməkdir. Ümid edirəm ki, bu, uğurlu seriyanın başlanğıcı olar”.

Qeyd edək ki, “Bursaspor” hazırda 17 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.