06 dekabr 2021 03:14
929

Formula-1: Lyuis Hemilton qalib olub

Formula-1 üzrə Səudiyyə Ərəbistanı Qran Prisini başa çatıb.

“İki sahil” xəbər verir ki, "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton Formula-1 üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin qalibi olub.

İkinci yeri “Red Bull” komandasını təmsil edən Niderlandlı Maks Ferstappen, "Mercedes" komandasında çıxış edən finlandiyalı Valtteri Bottas üçüncü yeri tutub.