05 dekabr 2021 20:16
1099

"Qəbələ" qələbə qazandı

Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Zirə" öz meydanında "Qəbələ"ni qəbul edib.

“İki sahil” xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən matçın 32-ci dəqiqəsində "Qəbələ"nin futbolçusu Urfan Abbasov hesabı açıb. 40-cı dəqiqədə isə Rövlan Muradov hesab arasındakı fərqi artırıb – 0-2. Qarşılaşmanın 45+4-cü dəqiqəsində fərqlənən "Zirə"nin futbolçusu David Volkov hesab arasındakı fərqi minimuma endirib.

5 dekabr (bazar)

18:15. “Zirə” 1–2 “Qəbələ”

Qol: Urfan Abbasov, 32 (0:1), Rövlan Muradov, 40 (0:2), David Volkov, 45+4 (1:2)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamal Umudlu

Zirə İdman Kompleksinin stadionu