04 dekabr 2021 20:20
822

“Qarabağ”  “Sabah”ı darmadağın etdi

 

 

Azərbaycan Premyer Liqasında 13-cü turunda “Qarabağ”  “Azərsun Arena”da "Sabah”ı qəbul edib.

“İki sahil” xəbər verir ki, saat 18:15-də start götürən qarşılaşmanın 16-cı dəqiqəsində Abdullah Zubir hesabı açıb. 27-ci dəqiqədə isə Bəxtiyar Həsənalızadə hesabda bərabərliyi təmin edən qolu vurub. 35-ci dəqiqədə isə Ozobiç “Qarabağ”ı yenidən hesabda önə çıxarıb – 2-1.

Matçın 51-ci dəqiqəsində A.Zubir özünün 2-ci, komandasının 3-cü qolunu vurub. 77-ci dəqiqədə isə Vadji İbrahima “Qarabağ”ın 4-cü qolunu vurub. V.İbrahima 90-cı dəqiqədə özünün 2-ci, komandasının isə 5-ci qolunu vuraraq qarşılaşmada son nöqtəni qoyub – 5-1.

4 dekabr

18:15. “Qarabağ” 5–1 “Sabah”

Qollar: Abdullah Zubir, 16 (1:0), Bəxtiyar Həsənalızadə, 27 (1:1), Ozobiç, 35 (2:1), Zubir, 51 (3:1), Vadji İbrahima, 77 (4:1), 90 (5:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.

Bakı. “Azərsun Arena”