Bu gün keçiriləcək Azərbaycan Premyer Liqasının 13-cü turunda “Keşlə” “Səbail”i qəbul edib.
“İki sahil” xəbər veri ki, Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov və Fərid Hacıyevdən ibarət hakimlər briqadasının idarə etdiyi matç saat 16:00-da “ASK Arena”da başlayıb.
Qarşılaşmanın 45+7-ci dəqiqəsində Felipe Santos penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 46-cı dəqiqədə Anatole Abanq “Keşlə”nin üstünlüyünü 2 topa çatdırıb.
Qarşılaşmanın 61-ci dəqiqəsində Anatole Abanq ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
“Səbail”in futbolçusu Rahid Əmirquliyev qarşılaşmanın 66-cı dəqiqəsində hesab arasındakı fərqi 1 topa endirib. 90+5-ci dəqiqədə isə Camal Araqo hesabda bərabərliyi təmin edən qolu vurub – 2-2.
4 dekabr
Qollar: Felipe Santos, 45+7 pen. (1:0), Anatole Abanq, 46 (2:0), Rahid Əmirquliyev, 66 (2:1), Camal Araqo, 90+5 (2:2)
Qırmızı vərəqə: A.Abanq, 61 ("Keşlə")
Hakimlər: Rauf Cabar