03 dekabr 2021 18:16
651

1954-cü ilin son yaşayan dünya çempionu vəfat edib

Almaniya millisinin sabiq futbolçusu Horst Ekkel dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, veteran yarımmüdafiəçi 89 yaşında vəfat edib.

Qeyd edək ki, Ekkel 1954-ci ildə İsveçrədəki dünya çempionatında qızıl medallar qazanmış yığmanın sonuncu yaşayan üzvü idi. O, həmçinin 1951-ci və 1953-cü illərdə ölkəsinin "Kayzerslautern" komandası ilə Almaniya çempionu olub.