Azərbaycan Premyer Liqasında 2022-ci ildən VAR sistemi tətbiq olunacaq.
“İki sahil” xəbər verir ki, , AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında bunun üçün maliyyə ayrılması qərara alınıb.
VAR layihəsi üçün 500 min dollar məbləğində FIFA Forward Layihəsindən maliyyə vəsaitinin ayrılması təsdiqlənib.
Həmçinin AFFA-nın Futbol akademiyasının təmir olunması üçün FIFA Forward Layihəsindən daha 150 min dollar maliyyələşməsi təsdiq edilib.