2024-cü ildə qapalı məkanda keçiriləcək atletika üzrə dünya çempionatının yeri açıqlanıb.
“İki sahil” xəbər verir ki, yarış Şotlandiyanın Qlazqo şəhərində gerçəkləşəcək.
20 yaşadək idmançılar arasındakı mundial isə Perunun paytaxtı Limada olacaq.
Yarışların dəqiq tarixləri hələlik bəlli deyil.