İngiltərənin "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola hazırda İtaliya "Roma"sının sükanı arxasında olan Joze Mourinyonun rekordunu geridə qoyub.
“İki sahil” xəbər verir ki, Premyer Liqanın XIV turunda "Aston Villa"ya 2:1 hesabı ilə qalib gəldikləri görüş 50 yaşlı mütəxəssis üçün əlamətdar olub.
İspaniyalı baş məşqçi daxili çempionatında "şəhərlilər"lə 15-ci qələbəsini qazanıb. O, 203-cü matçda buna yiyələnib. "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"ə rəhbərlik etmiş Mourinyo eyni nəticəni əldə etmək üçün 230 görüş keçirib.